“Qalib gəlmək üçün hər şey etdik” – Kuman

İspaniya superkubokunda “Atletik”ə məğlub olan “Barselona”nın baş məşqisi Ronald Kuman fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan niderlandlı mütəxəssis, 2:3 hesabıyla bitən görüşü belə şərh edib:

“Qalib gəlmək üçün hər şey etdik, lakin çox yorğun idik. Bəzi futbolçular üçün bu finalda oynamaq böyük bir təcrübə oldu. Rəqibin keyfiyyətli futbolçuları var idi. Necə cərimə qazanmaq lazım olduğunu və bundan istifadə etməyi yaxşı bilirlər.

Bizim uzun boylu futbolçularımız azdır və rəqib ikinci qol zamanı bundan istifadə etdi. Müdafiə xəttimizi lazımi səviyyədə tənzimləyə bilmədik. Hakim haqda danışmaq istəmirəm və onun idarəçiliyinə şərh verməyəcəm”.