İspaniya superkuboku Səudiyyə Ərəbistanında – ardıcıl 3 il

Futbol üzrə İspaniya superkuboku uğrunda oyunların keçiriləcəyi yer müəyyənləşib.

Komanda.az xəbər verir ki, İspaniya Futbol Federasiyası qarşıdakı üç mövsümdə superkubok matçlarının Səudiyyə Ərəbistanında keçirilməsinə qərar verib.

Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, federasiya bu addımı İspaniyanın DÇ-2030-a ev sahibliyi iddiasına dəstək göstərmək üçün atıb.

İspanlarla Səudiyyə Ərəbistanı Futbol Federasiyası arasındakı daha bir razılığa görə, hər üç superkubok matçı zamanı qadınların oyunu stadiondan izləməsinə heç bir məhdudiyyət qoyulmayacaq.