“Körpə” haqda film

İspaniya millisinin sabiq üzvü Fernando Torres haqda sənədli film çəkiləcək.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. “Amazon”, “Atsresmedia” və “Libero” jurnalının birgə layihəsi olan filmdə Joze Mourinyo, Rafael Benites, Andres İnyesta, Stiven Cerrard, Dieqo Simeone kimi mütəxəssislər də iştirak edəcək. Filmin yayımlanacağı vaxt bilinmir.

2000-ci ildə “Atletiko” ilə müqavilə imzalayan Torres, 2007-ci ildə 38 milyon avro qarşılığında “Liverpul”a keçib. 4 mövsüm Mersisayd təmsilçisində çıxış edən hücumçu, 2011-ci ildə 58,5 milyon avro müqabilində “Çelsi”yə üz tutub. “Çelsi”dən sonra bir müddət “Milan”da icarə əsasında çıxış edən Torres, 2016-cı ildə “Atletiko”ya qayıdıb. “Körpə” ləqəbli hücumçu 2018-ci ilin yayında Yaponiyanın “Saqan Tosu” klubuna transfer olunub.

İspaniya millisində 110 dəfə forma geyinən Torres, yığmada 38 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button