İspaniya millisinin daha bir futbolçusunda koronavirus aşkarlandı

İspaniya milli komandasının daha bir futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu, yarımmüdafiəçi Adama Traoredir. Bu barədə “Marca” nəşri məlumat yayıb. Koronavirus testi müsbət çıxan Traore yığmanın toplanışını tərk edib.

İspaniya millisi UEFA Millətlər Liqasında sentyabrın 3-də Almaniya, 6-da isə Ukrayna ilə qarşılaşacaq.

İspaniya yığmasında bundan əvvəl Mikel Oyarzabalda da koronavirus aşkarlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button