İspanlardan antirekord – 27 ildən sonra ilk dəfə

İspaniya milli komandası UEFA Millətlər Liqasının 4-cü turunda səfərdə Ukraynaya məğlub olub – 0:1.

Komanda.az “Gracenote” portalına istinadən xəbər verir ki, sözügedən qarşılaşma ispanlar üçün antirekordla yadda qalıb. Belə ki, İspaniya yığması ardıcıl 5 səfər oyunudur ki, qələbə qazana bilmir. Bu, millinin son 27 ildəki ən pis göstəricisidir.

İspaniya yığması bundan əvvəl 1990-1993-cü illər aralığında ardıcıl 7 səfər oyununda qələbə qazana bilməmişdi.