İspanlardan yeni rekord

İspaniya milli komandası AÇ-2020-nin seçmə mərhələsinin 8-ci turunda İsveçlə qollu bərabərə qalaraq (1:1), turnirin əsas mərhələsinə vəsiqəni təmin edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispanlar ardıcıl 7-ci dəfədir ki, Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanır. Bu, milli komandalar arasında rekord göstəricidir.

İspaniya millisi AÇ-1996 və ondan sonra keçirilən bütün Avropa çempionatlarında iştirak edib.