İspaniya mətbuatı: Messi oyunlara zədəli çıxır!

“Barselona”nın hücumçusu Lionel Messi bir müddətdir ki, oyunlara zədəli halda çıxır.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məlumatda, bir müddətdir Messinin əzələsində ağrıların olduğu, amma 32 yaşlı futbolçunun digər iki hücumçu – Luis Suares və Osman Dembelenin zədə səbəbiylə oyunlarda etmədiyi üçün zədəli halda meydana çıxdığı bildirilir. Həkimlər zədənin ciddi olmadığını, amma zədəyə diqqət etməyin vacib olduğunu bildirib. Bundan başqa, Ernesto Valverdenin istefasından sonra komandanın “sükanı arxasına” keçən Kike Setyenin tətbiq etdiyi ağır məşq prosesinin də zədəyə təsir etdiyi, digər futbolçularda da yorğunluq yaratdığı deyilir.

Argentinalı futbolçu cari mövsümdə iştirak etdiyi 24 oyunda 19 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button