La Liqada mövsüm bərpa olunacaq? – Üç variant nəzərdən keçirilir

İspaniya La Liqasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən dayanmış mövsümün bərpa olunması üçün üç variantı nəzərdən keçirir.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Birinci variant mövsümün mayın ortasında başlayıb, iyulda sonlandırılmasıdır. Bu zaman həftədə üç oyun keçiriləcək və bütün matçlar azarkeşsiz olacaq.

İkinci variant mövsümün yayda davam etdirilməsi və avqust-sentyabr aylarında yekunlaşdırılmasıdır.

Üçüncü variant isə koronavirus pandemiyasının davam etməsi halında çempionatın sentyabrda bərpası və yeni mövsümün başlanğıcının isə irəli tarixə ertələnməsidir.

İspaniya La Liqası koronavirus pandemiyası səbəbindən martın 12-dən təxirə salınıb.