“Messinin gedişi ağır oldu” – La Liqanın prezidenti

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Lionel Messinin “Barselona”dan ayrılıb, PSJ-yə keçməsi barədə danışıb.

Komanda.az xəbər verir ki, o, “Diario Sport”a açıqlamasında, argentinalı hücumçunun çempionatı tərk etməyə layiq olmadığını deyib:

“Messinin gedişi ağır oldu. Çünki şəxsən mən onu futbol tarixinin ən yaxşısı hesab edirəm. O, nəinki “Barselona”dan, La Liqadan belə getməyə layiq deyildi”.

Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button