Kapitan 5-ci oldu

İspaniya La Liqasının 23-cü turunun “Osasuna” – “Real” matçı (1:4) “kral klubu”nun futbolçusu Serxio Ramos üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Madrid təmsilçisi ilə 440-cı rəsmi matçına çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kapitan, “Real” formasıyla ən çox oyun keçirən 5-ci futbolçu olub.

“Real”la ən çox matça çıxan isə Raul Qonsalesdir. Keçmiş hücumçu madridlilərlə 550 oyunda iştirak edib.

2005-ci ildən “Real”ın formasını geyinən Ramos, bu mövsüm 29 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button