“El klasiko” təxirə salındı – Rəsmi

İspaniya La Liqasının 10-cu turu çərçivəsində oktyabrın 26-da keçirilməli olan “Barselona” – “Real” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Buna səbəb Kataloniyada bir neçə gündür davam edən etiraz aksiyalarıdır. İspaniya Futbol Federasiyası “el klasiko”nu qeyri-müəyyən müddətə ertələyib.

Federasiya “Barselona” və “Real” klublarına vaxtın təyin edilməsi üçün oktyabrın 21-nə kimi möhlət verib. Klublar bu tarixə qədər razılığa gəlməsə, yerli federasiya özü vaxt təyin edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button