“El klasiko”nun məkanı yox, vaxtı dəyişdirilir

İspaniya La Liqasının 10-cu turu çərçivəsində oktyabrın 26-da keçirilməli olan “Barselona” – “Real” oyununun vaxtı dəyişdirilə bilər.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, buna səbəb Kataloniyada keçirilən etiraz aksiyalarıdır. Bir neçə gündür davam edən etiraz aksiyaları səbəbiylə La Liqa rəhbərliyi əvvəlcə “Kamp Nou”da keçirilməli olan oyunu “Santyaqo Bernabeu”ya keçirməyi planlaşdırırdı. Ancaq həm İspaniya Futbol Federasiyası, həm “Real”, həm də “Barselona” bununla razılaşmayıb.

Ancaq “Barselona” ilə “Real” arasında ilk “el klasiko”nun vaxtının dəyişdirilməsi hər iki klub tərəfindən müsbət qarşılanıb. Qarşılaşmanın dekabrın 18-nə ertələnməsi gözlənilir.