“Real”ı hakimlər çempion edib? FOTO

İspaniya La Liqasında geridə qalan mövsümdə hakim qərarlarından ən çox yararlanan klubların siyahısı hazırlanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, siyahı hakimlərin təyin etdikləri penaltilər, cərimə zərbələri, sarı və ya qırmızı vərəqələr və digər komponentlər əsasında hazırlanıb.

Siyahıya çempion “Real” başçılıq edir. Madrid klubu son mövsümdə hakim qərarından ən çox fayda görən komanda olub.

Mövsümü turnir cədvəlinin ikinci sırasında bitirən “Barselona” isə siyahıda 15-ci yerdədir. İlk 5-likdə “Atletiko”, “Selta”, “Sevilya” və “Vilyarreal” klubları var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button