İspaniya La Liqasına yüksələn 2-ci klub da bilindi

Növbəti mövsümdə İspaniya La Liqasında mübarizə aparacaq 2-ci klub məlum olub.

Komanda.az xəbər verir ki, Sequndanın 41-ci turunda “Malyorka” ilə qollu bərabərə qalan (1:1) “Qranada” sona bir tur qalmış elitaya vəsiqə qazanıb. “Qranada” 76 xalla 2-ci sırada qərarlaşıb.

“Qranada” ilə yanaşı, “Osasuna” da La Liqada iştirak hüququ qazanıb.