“Bavariya”dan təklif alsam, imtina edərəm” – Ukraynalı futbolçu

Bir neçə gün əvvəl Ukraynanın “Şaxtyor” klubunun “Şalke”dən heyətinə qatdığı Yevgeni Konoplyanka açıqlama verib.

Komanda.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, bir daha Bundesliqada çıxış etmək istəmədiyini deyib:

“Bu, bir qədər gülünc səslənə bilər, amma nə vaxtsa “Borussiya” (Dortmund) və ya “Bavariya”dan təklif alsam, onlardan imtina edərəm. Çünki Bundesliqa mənə uyğun çempionat deyil. Bunu bir il Almaniyada çıxış etdikdən sonra başa düşdüm. Səhv etdiyimi, peşman olduğumu demək istəmirəm, amma İspaniya La Liqası mənə Bundesliqadan daha uyğun idi. Mənim fərqli üstünlüklərim var. Hər zaman öz çempionatımızı və komandamızı düzgün seçməliyik”.

Konoplyanka 2017-ci ildən oynadığı Almaniya təmsilçisində 78 matçda 13 qol vurub. “Dnepr”in yetirməsi olan vinger, 2015-2017-ci illərdə İspaniyanın “Sevilya” klubunda da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button