İspaniya kubokunun final matçı bu stadionda keçiriləcək

İspaniya kubokunun final matçının keçiriləcəyi stadion məlum olub.

Komanda.az xəbər verir ki, növbəti 4 il ərzində turnirin həlledici görüşü Sevilya Olimpiya stadionunda – “La Kartuja”da keçiriləcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 2020-2023-cü illər aralığındakı kubokun final matçlarının “La Kartuja”da təşkil olunması yerli federasiya tərəfindən təsdiqlənib.

Hazırda İspaniya kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir. “Mirandes” və “Qranada” klubları yarımfinala yüksəlib. “Real” – “Real Sosyedad” və “Atletik” – “Barselona” matçlarından sonra digər yarımfinalçılar bilinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button