“Bu, utanılacaq bir şey deyil” – Zidan

İspaniya kubokunda Sequnda B təmsilçisi “Alkoyano”ya məğlub olaraq, kubokla vidalaşan “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az xəbər verir ki, fransalı mütəxəssis, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Hər zaman  olduğu kimi məsuliyyət məndədir. İkinci top qapıya daxil olmaq istəmədi. Düzdür, Sequnda B komandasına uduzduq, amma bu, utanılacaq bir şey deyil. Hər kəsin karyerasında belə şeylər olur. Dəli olmayacağıq, düşünəcəyik və işləməyə davam edəcəyik”.