“Real Sosyedad”ın futbolçusunda koronavirus aşkarlandı

İspaniyanın “Real Sosyedad” klubunun futbolçusu Villian Joze koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabından məlumat yayıb.

28 yaşlı futbolçu son koronavirus testinin pozitiv nəticələndiyini və komandadan uzaqlaşdırıldığını bildirib. O, La Liqanın ilk turunda komandasına kömək edə bilməyəcək.

“Real Sosyedad” La Liqanın ilk turunda, sentyabrın 13-də “Valyadolid”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button