İspan hücumçu “Napoli”nin hədəfində

İtaliyanın “Napoli” klubu “Valensiya”nın futbolçusu üçün hərəkətə keçir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Napoli” “Valensiya”nın ispan hücumçusu Rodriqonu heyətinə qatmaq niyyətindədir. Neapol təmsilçisinin futbolçu üçün İspaniya klubuna 50 milyon avro+10 milyon avro bonus olmaqla, ilk təklifini etdiyi bildirilir. Bundan başqa, İtaliya təmsilçisinin Rodriqo üçün “Valensiya”ya Arkadiuş Miliki də təklif edəcəyi deyilir.

“Valensiya” ilə 2022-ci ilədək müqaviləsi olan Rodriqo, son mövsümdə iştirak etdiyi 45 oyunda 15 qol, 9 məhsuldar ötürməylə yadda qalıb.