İslandiya – İtaliya matçı təxirə salındı – Koronavirusa görə

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində bu gün keçirilməli olan İslandiya – İtaliya matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə İslandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Təxirəsalmaya İtaliya yığmasında oyunçuların əksəriyyətinin koronavirusa yoluxması səbəb olub. Futbolçular İslandiyaya girərkən koronavirus testindən keçib. Testlərin müəyyən hissəsi müsbət nəticələndiyi üçün bütün komanda təcrid olunub. Matçın taleyi növbəti testlərdən sonra bəlli olacaq.

Qeyd edək ki, İtaliya 1-ci qrupda 6 oyundan sonra 13 xalla ikinci, İslandiya isə 12 xalla üçüncü pillədə qərarlaşıb.