İslamiada: Azərbaycan yığması 1/4 finalda

Azərbaycanın kişi basketbolçulardan ibarət 3×3 komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ardıcıl 3-cü qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, yığmamız bu dəfə Mərakeşi məğlubiyyətə uğradıb – 18:11.

Azərbaycanın Sudanla qrupdakı son matçı rəqibin oyuna gəlməməsi üzündən baş tutmayıb və komandamız texniki qələbə alıb.

Bununla da yığmamız 1/4 finala vəsiqəni təmin edib. Bu mərhələdə rəqib İordaniya olacaq.

Azərbaycan millisi qrupdakı əvvəlki oyunlarında Maliyə 18:15, Türkiyəyə isə 21:12 hesabı ilə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button