İslamiada: Azərbaycan şpaqaçısı yarımfinalda

Azərbaycan şpaqaçısı Ruslan Həsənov Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəylik Oyunlarında yarımfinala yüksəlib.

Komanda.az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə bitirən idmançı pley-offda türkiyəli Ege Say Aliyə 15:8 hesabı ilə qalib gəlib.

Həsənov 1/8 finalda Səudiyyə Ərəbistanını təmsil edən Cavad Əldavudu 15:8, ardınca isə iordaniyalı İyad Odehi 15:11 hesabı ilə üstələyib.

Şpaqaçı finala gedən yolda Özbəkistan idmançısı Fayzulla Alimovla qarşılaşacaq. Yarımfinal görüşləri saat 18:00-da başlayacaq. Azərbaycan təmsilçilərindən Barat Quliyev pley-offda, Kənan Əliyev isə 1/8 finalda uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button