İslamiada: Azərbaycan qılıncoynatma millisi yarımfinalda

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət seçmə kollektiv kişi şpaqaçıların komanda yarışında 1/4 finalda Birləşmiş Ərəb Əmirlikləri yığmasına 45:33 hesabı ilə qalib gəlib.

Milli yarımfinalda Özbəkistan yığması ilə qarşılaşacaq. Görüş saat 11:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button