İslamiada: Azərbaycan daha bir medal qazandı

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında daha bir Azərbaycan taekvondoçusu ən azı bürünc medalı təmin edib.

Komanda.az xəbər verir ki, Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova (46 kq) yarımfinala çıxmaqla buna nail olub. Yarımfinal görüşü saat 18:00-dan etibarən başlayacaq.

Dünən Azərbaycan taekvondoçularından Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button