İslamiada: Azərbaycan üzgüçüsü ikinci oldu

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.

Komanda.az xəbər verir ki, üzgüçü Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflay üsulla üzmədə gümüş medala sahib çıxıb.

Şeyxəlizadəxangah məsafəni 1 dəqiqə, 2,24 saniyəyə qət edib.

Bu, Azərbaycan üzgüçüsünün ikinci, üzgüçülük üzrə yığmamızın isə 3-cü medalıdır.