İslamiada: Azərbaycan qılıncoynatma millisi finalda

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. 

Komanda.az xəbər verir ki, yığma yarımfinalda Özbəkistana 45:32 hesabı ilə qalib gəlib. 

Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv həlledici görüşdə İran seçməsi ilə üz-üzə gələcək.