İslamiada: Azərbaycan millisi yarımfinalda

Qadınlardan ibarət 3×3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında 1/4 final oyununa çıxıb.

Komanda.az xəbər verir ki, yığmamız yarımfinala gedən yolda Qətər seçməsi ilə qarşılaşıb.

Matça sürətli start verən Azərbaycan yekunda 21-2 hesablı asan qələbə qazanıb.

Milli komandamızın yarımfinaldakı rəqibi Özbəkistan olacaq. Avqustun 17-də keçiriləcək görüşə Bakı vaxtı ilə saat 18:45-də start veriləcək.