İslamiada: Azərbaycan millisi Seneqala qalib gəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, B qrupunda yer alan yığma ilk görüşündə Seneqal seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Eldar Yusubovun baş məşqçi olduğu komandanın 3:0 (7:25, 6:25, 10:25) hesablı qələbəsi ilə başa çatıb.