İslamiada: Azərbaycan kikboksçusu çempion oldu

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışları davam edir.

Komanda.az xəbər verir ki, Azərbaycanın kikboksinq millisinin üzvləri ilk iki yarış günündən sonra 5 medal qazanıblar.

Belə ki, Bəhram Rəcəbzadə (low kick, +91 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Rəhim Əliyev (low kick, 71 kq) isə gümüş medalla kifayətlənib. Elxan Əliyev (full contact, 71 kq), Qəşəm Məmmədov (low kick, 67 kq) və Aysu Devrişova (56 kq) bürünc medalla kifayətlənib.

Amil Məmmədov (full contact, 51 kq) və Arzuman Qədimovun (low kick, 63,5 kq) bürünc medalları isə bu çəki dərəcəsində sabah keçiriləcək final görüşlərindən sonra rəsmiləşəcək.