İsko “Real”ı “Sevilya”ya dəyişir

“Real”ın yarımmüdafiəçisi İsko karyerasını “Sevilya”da davam etdirmək istəyir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Madrid klubundakı oyun praktikasından narazıdır. O, azad agent kimi “Sevilya”ya keçə bilər.

İskonun “Real”la müqaviləsi bu ilin yayında başa çatır.

İskonun “Sevilya”ya keçidi bu ayın sonunda baş tutacaq Çempionlar Liqasının final matçından sonra açıqlanacaq.

İsko 2013-cü ildən “Real”da forma geyinir.