“Atletiko”ya çox hirsli, həvəsli futbolçular cəlb edəcəyik” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Madrid təmsilçisindəki gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, növbəti mövsüm də komandanın “sükanı arxasında” olacağını deyib:

“İşimi sevirəm və özümü bu kluba aid edirəm. Bilirəm ki, çox çətin bir il keçirdik. Bundan da çətinləri olacaq, amma növbəti mövsüm kim olduğumuzu göstərəcək və yeni bir həvəs ortaya qoyacağıq.

“Atletiko”ya çox hirsli, həvəsli və məsuliyyət daşıya bilən futbolçular cəlb edəcəyik. Hansı ki, bu futbolçular komandanın tərifi olacaq”.