İsgəndər Əsgərov Avropa çempionatına təyinat aldı

İyulun 16-da 20 yaşadək həndbolçuların Avropa çempionatına start veriləcək.

Komanda.az xəbər verir ki, Bolqarıstanda təşkil olunacaq yarış böyük maraqla gözlənilir.

Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov da Avropa çempionatının deleqatları sırasında olacaq. Beynəlxalq dərəcəli hakim-inspektor bu yarışda Avropa Həndbol Federasiyası ilə yanaşı, ölkəmizi də təmsil edəcək.

Deleqatların siyahısında həmçinin ev sahibi – Bolqarıstan, Bosniya və Herseqovina, Avstriya və Moldovadan olan mütəxəssislər yer alıblar.

Avropa çempionatına iyulun 24-də yekun vurulacaq.