“Iron Wind Duatlon”un qalibləri bəlli oldu

Bu gün Pirallahı adasında yerləşən Nərəkənd parkının (Nərəkənd İstirahət Mərkəzi) ərazisində “Iron Wind Duatlon” turniri təşkil olunub.

Komanda.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə “Triterra Baku Triathlon Club” tərəfindən keçirilib. Yarışda 44 iştirakçı mübarizə aparıb.

Duatlon 3 mərhələdən ibarət idi. İdmançılar əvvəlcə 5 kilometr qət ediblər, sonra 20 kilometr velosiped sürüblər və sonda isə 2.5 kilometr qaçiblar.

Kişilər arasında Dinçar Yılmaz qalib gəlib. Teymur Fərəcov yarışı ikinci, Renat Baxışov isə üçüncü pillədə başa vurublar.

Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, Rəbiyyə Orucova, Marina Belan və Ayan Nəcəf tutublar.

Müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə qaliblər də müəyyən edilib. Turnir həm fərdi, həm də estafet formatında baş tutub.

Qaliblərin mükafatlandırılması mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button