Makqreqor karyerasını bitirdi

İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor karyerasını bitirdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə o, “tvitter” hesabından məlumat yayıb. O, belə bir addımı nə üçün atdığının səbəbini açıqlamayıb.

Konor karyerasına 2008-ci ildə başlayıb. O, qarışıq döyüş növlərinin UFC kateqoriyası üzrə keçirilən yarışlarda 2012, 2015 və 2016-cı illərdə çempion olub.

Konor bir müddət əvvəl də karyerasını bitirdiyini açıqlasa da, yenidən idmana qayıtmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button