“İrlandiyadan sərfəli hesabla dönməliyik”

“Qarabağ”ın yarımmüdafiəçisi Araz Abdullayev UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu “Partizani”yə qarşı keçirdikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matla bağlı öncə bunları söyləyib:

  • Bilirdik ki, bu komanda intizamlı müdafiə olunur. Belə müdafiəni yarmaq asan deyil. Ancaq komanda şəklində bunu bacardıq.
  • Qol vura bilməməyiniz sizi həyəcanlandırmırdı?
  • Komanda daxilində danışmışdıq ki, qol vurmasaq, sona qədər sakit və səbirli olaq.
  • Ötən mövsüm “Vorskla” ilə oyunda da hücumçu kimi çıxış etmişdin. Bu mövqeydə özünü narahat hiss etmirsən?
  • Xeyr, məşqçilər harda desə, həmin mövqeydə özümü doğrultmağa çalışıram. Rəqib çox müdafiə olunurdu və çalışırdım ki, daha çox boş hissə buraxsınlar.
  • 2-ci təsnifat mərhələsində İrlandiyanın “Dandolk” klubu ilə qarşılaşacaqsız. “Riqa”nı arzu edirdiniz, yoxsa “Dandolk”u?
  • Mərhələ keçən klublar ciddi rəqbilərdi. Yaxşı hazırlaşmalı və səfərdən sərfəli hesabla dönməliyik.
  • Favorit “Qarabağ” görünür. “Dandolk”u keçəcəyinizə inanırsınız?
  • Çalışacağıq ki, bunu bacaraq. Öncədən danışmaq istəməzdim. Qələbə üçün hazırlaşacağıq.
Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button