İrland futbolçu milli karyerasını bitirdi

“Bernli” klubunun müdafiəçisi Stiven Uord milli karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə İrlandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Milli komandada 2011-ci ildə debüt edən Uord, yığmada 50 oyun keçirib. 33 yaşlı futbolçu millidə 3 qola imza atıb.

Uord 2014-cü ildən “Bernli” klubunun şərəfini qoruyur.