İranlı futzalçı koronavirusdan öldü

Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.

Komanda.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, Qum şəhərində ölümcül virusa yoluxan 23 yaşlı futzalçının həyatını xilas etmək mümkün olmayıb. Şeyxi İsfahanın “Sepahan” klubunun da formasını geyinib.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 26 nəfərdi. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button