İranda əcnəbi futbolçu və məşqçilərlə bağlı qadağa

İranda koronavirus pandemiyasının səbəb olduğu iqtisadi problemlər səbəbindən ölkəyə əcnəbi məşqçi və futbolçuların gətirilməsinə qadağa qoyulub.

Komanda.az xəbər verir ki, hazırda ölkədə müqaviləsi davam edən məşqçilər və oyunçular yalnız öz klubları ilə yeni müqavilə imzalaya bilərlər.

Yeni qaydalara əsasən, onların başqa bir kluba keçməsinə qadağa qoyulub. Yeni qadağalar səbəbindən italiyalı Andrea Stramaççoni də sabiq klubu “İstiqlal”la yenidən anlaşmasına rəğmən, bu komandanı çalışdırmaqdan məhrum edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button