“İrəliləmək, inkişaf etmək istəyirəm, amma…” – “Qəbələ”nin futbolçusu

“Qəbələ”nin futbolçusu Rodriqo Qattas açıqlama verib.

Komanda.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan çilili futbolçu, Azərbaycana gəlişi və karyerası ilə bağlı danışıb:

“Kanadada keçirdiyim yaxşı mövsümdən sonra mənə zəng gəldi. İqnasio Errera və Nikolas Kanalesin meneceri məni bu ölkəyə gətirdi. Bura gəlmək mənim üçün vacib addımdır, çünki yerli klublar avrokuboklarda mübarizə aparır. Mövsümü ilk pillədə bitirən Çempionlar Liqasında çıxış edir.

İrəliləmək, inkişaf etmək istəyirəm, amma Çilidə bu istəyim baş tutmaya bilərdi”.

Qattas, koronavirus pandemiyası ilə bağlı ölkədəki vəziyyət haqqında da danışıb:

“Bir ay yarım əvvəl bura gəldim və vəziyyətlə bağlı iki həftədir ki, futbol oynamırıq. Burda virusa yoluxanların sayı çox deyil, sadəcə tədbirlər görülür. Mən də çəki almamaq üçün tədbir görürəm. Çünki adətən, insan evdə çox qalanda, kökəlir”.