İquayn rəsmən “Çelsi”də

İngiltərənin “Çelsi” klubu növbəti transferini rəsmiləşdirib.


Komanda.az xəbər verir ki, Alvaro Moratanı İspaniyanın “Atletiko” klubuna verən London təmsilçisi müqavilə ilə İtaliya çempionu “Yuventus”a məxsus olan Qonsalo İquaynı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı forvard “Çelsi”də mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək. Mövsümün sonunda isə İngiltərə təmsilçisi onu birdəfəlik transfer etmək hüququ qazanacaq.

Təcrübəli hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.

“Yuventus”a məxsus olan İquayn, cari mövsümün əvvəlində icarə əsasında “Milan”a keçmişdi. O, bu komandanın heyətində 22 oyun keçirib, 8 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button