“Bəlkə də, xaricə gedəcəm” – Valverde

İspaniyanın “Barselona” klubunun sabiq baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, gələcək karyerası ilə bağlı qərar vermədiyini bildirib:

“Bəzən insanlar məndən İngiltərə Premyer Liqasının necə olduğunu soruşurlar. Onlara “yaxşı, amma Avstraliyaya getməyi üstün tutaram” deyirəm. Futbolda karyera əbədi davam edə bilməz və bəzən fürsətdən istifadə edib qeyri-adi yerlərə getməyi düşünürsən. Andres İnyestanın Yaponiyaya getdiyini öyrənəndə bu fikri alqışladım. “Fərqli mədəniyyət, fərqli insanlarla tanış olacaq” deyə, düşündüm.

İşdən kənarlaşdığım uzun müddət deyil, ona görə də, karyeramla bağlı təcili qərar verməyə ehtiyac yoxdur. Hazırda dəqiq bir fikrim yoxdur. Bəlkə də, xaricə gedəcəm. Düzü, qeyri-adi bir şey etmək istəyərdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button