İnyesta Valverdeni müdafiə etdi

“Barselona”nın keçmiş futbolçusu, hazırda “Vissel Kobe”də forma geyinən Andres İnyesta Kataloniya klubu ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi, son günlər müzakirə olunan baş məşqçi məsələsiylə bağlı bunları deyib:

“Hər kəs hazırda komandanın baş məşqçisi olan insana hörmət etməlidir. Hazırkı vəziyyətdə bu söz-söhbətlər baş məşqçiyə mənfi təsir edilməsinə səbəb olur. Xavinin “Barselona”nın baş məşqçisi olmasına gəlincə, bunu zaman göstərəcək. Onsuz da, Xavi “Barselona”da baş məşqçilik edəcək bilikləri alıb”.

“Barselona” rəhbərliyinin baş məşqçi Ernesto Valverdeni qovaraq, əvəzinə keçmiş futbolçusu Xavini gətirəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button