“İnter”in yetirməsi “Verona”da

İtaliyanın “Verona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Fiorentina”nın yarımmüdafiəçisi Marko Benassini heyətinə qatıb.

26 yaşlı futbolçu satınalma şərti ilə bir illik icarəyə götürülüb.

Benassi 2017-ci ildən “Fiorentina”nın uğurları üçün çalışır. “İnter”in yetirməsi olan futbolçu “Livorno” və “Torino”da da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button