“İnter”in prezidentindən növbəti kömək – koronavirusla mübarizə üçün

İtaliyanın “İnter” klubu koronavirus pandemiyası ilə mübarizə üçün növbəti köməklə yadda qalıb.

Komanda.az xəbər verir ki, klub rəhbəri Stiven Çjanq pandemiya ilə mübarizə aparmaq üçün İtaliyanın dövlət orqanlarına 300 min tibbi maska bağışlayıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bundan başqa, klub tərəfindən qoruyucu geyim və dezinfeksiyaedici maddələr də dövlət orqanlarına bağışlanıb.

Bir müddət əvvəl “İnter” koronavirusla mübarizə aparan Sakko xəstəxanasına 100 min avroluq kömək etmişdi.