“İnter”in koronavirusa yoluxan futbolçusu sağaldı

İtaliyanın “İnter” klubunun koronavirusa yoluxan futbolçusu Marselo Brozoviç sağalıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun son test nəticəsi neqativ olub. Futbolçu artıq komanda ilə məşqlərə qatıla və Çempionlar Liqasının növbəti turunda “Borussiya” ilə (Münhenqladbax) oyunda iştirak edə biləcək.

Brozoviç Xorvatiya millisinin düşərgəsində koronavirusa yoluxmuşdu.

“Borussiya” – “İnter” oyunu dekabrın 2-də keçiriləcək.