“Bir neçə dostumu itirdim, bəziləri də xəstəxanadadır” – “İnter”in keçmiş futbolçusu

“İnter”in keçmiş futbolçusu Rikkardo Ferri dünyada geniş yayılan koronavirus pandemiyası haqda danışıb.

Komanda.az xəbər verir ki, radio TMW-ya danışan keçmiş müdafiəçi, bunları deyib:

“Mən Lodidə yaşayıram. Lodi İtaliyanın ilk “qırmızı zona”larından biridir. Vəziyyətin necə gərginləşməsinin şahidi oluram. Hər üç dəqiqədən bir təcili tibbi yardım maşınları gəlir. Əldə etdiyim məlumata görə, Lodi xəstəxanasında çarpayılar bitdiyindən, vəziyyət hələ də gərgindir. Bir neçə dostumu itirdim, bəziləri də xəstəxanadadır. Atasını koronavirusdan itirən bir dostumun özünün də testi müsbət çıxdı. Ancaq hazırda xəstəxanadadır və vəziyyəti yaxşıdır”.

Ferri 1981-1996-cı illər aralığında “İnter”də çıxış edib. O, 45 dəfə də İtaliya millisinin formasını geyinib.