“İnter” onu İtaliyaya qaytarmaq istəyir

“Atletiko”nun futbolçusu Alvaro Morata yenidən İtaliya A Seriyasında çıxış edə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” 27 yaşlı hücumçunun xidmətində maraqlıdır. “Neradzurra”nın Moratanın meneceri ilə danışıqlara başladığı bildirilir.

Morata İtaliyada daha əvvəl 2014-2016-cı illərdə “Yuventus”un şərəfini qoruyub.

İspan futbolçu cari mövsümdə “Atletiko”nun heyətində iştirak etdiyi 32 oyunda 12 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button