“Burda olmaqdan və onunla işləməkdən çox razıyam”

“İnter”in futbolçusu Romelu Lukaku İtaliya A Seriyasının 4-cü turu çərçivəsində “Milan”la qarşılaşdıqları oyundan (2:0) sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı hücumçu, komandanın baş məşqçisi Anotino Konteni tərifləyib:

“Antonio Konte ilə güclü əlaqələrimiz var. Həqiqətən, mənə çox kömək edir. Hər zaman belə bir baş məşqçi ilə çalışmaq istəmişəm. Burda olmaqdan və onunla işləməkdən çox razıyam.

Bu oyun bizim üçün çox vacib idi. Qələbə qazandıq. İndi qarşıda “Latsio” ilə də çətin oyunumuz var.

Çempionluq haqda danışmaq üçün daha tezdir. Oyundan oyuna irəli getməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button