“İnanıram ki, bir gün ora qayıdacam” – Lukaku

“İnter”in futbolçusu Romelu Lukaku açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı hücumçu, nə vaxtsa futbolçu karyerasına başladığı “Anderlext”ə qayıdacağını deyib:

“Mən hər zaman “Anderlext”i izləyirəm. İnanıram ki, bir gün ora qayıdacam. Bu klubda yetişən futbolçular hər zaman bu fikirdə olurlar. Leander Dendonker və Uri Tilemansdan da soruşun. Əminəm ki, onlar da mənimlə eyni fikirdədirlər”.

Karyerasına “Anderlext”də başlayan Lukaku daha sonra “Çelsi”, “Vest Bromviç”, “Everton” və “Mançester Yunayted” kimi klublarda çıxış edib. 27 yaşlı hücumçu ötən ilin yayından “İnter”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button