“Barselona” Martineslə razılığa gəldi

“İnter”in futbolçusu Lautaro Martines yeni mövsümdə “Barselona”da forma geyinə bilər.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira özünün “tvitter” hesabında məlumat yayıb. Məlumatda, “Barselona”nın Martineslə şəxsi razılığa gəldiyi bildirilib.

Argentinalı hücumçu “Barselona”da illik 12 milyon avro məvacib və bonuslar qazanacaq. Kataloniya təmsilçisinin “İnter”lə də razılaşacağı gözlənilir.

“İnter”lə 2023-cü ilin yayına qədər müqaviləsi olan Martines, bu mövsüm A Seriyasında 22 oyunda 11 qolla yadda qalıb.